Könlüm sevəni ver mənə,Dağlar, dumanı neylərəm.Sarıyam, Yaxşı gəzirəm,Bədi, yamanı neylərəm.

Bivəfaya ölüm gərək,İlqarsıza zülm gərək.Mənə öz sünbülüm gərək,Sarı samanı neylərəm.

Çevirmə üzünü yana,Hicran odu düşər cana.Qəm yaraşmır Zəlimxana,Ahı, amanı neylərəm.

1972, 1 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets