Hüseyn Arif məclisi
Bakıda “Səda” deyilən mədəniyyət evində unudul-maz xalq şairimiz Hüseyn Arifin xatirəsinə həsrolunmuş kövrək bir məclis təşkil edilmişdi. Şairinhaqqında yazılan şeirlər toplusunun təqdimatmərasimi keçirilirdi. Kövrələn könüllər, yaşarangözlər var idi. Məclis məni tutmuşdu. Bütün məclisHüseynli və Arifli günlərə, Hüseyn Arifli xatirələrəqayıtmışdı. Qağalı, qağasız günlərə köklənən ov -qatım misralara düzüldü, sətirlərə döndü. Könülsazımın zilini zil, bəmini bəm, sinəmə müstəhkəmelədim, təbiət aşiqi bir kişinin – şairin, ozanın, aşi -qin, səyyahın eşqinə asta-asta oxumağa başladım.
Hüseyn Arif məclisiydibir yaz günü,Öz sözünü bahar deyir,yaz deyirdi.Hamı şirin, hamı kövrək,hamı həssas,Şair, götür bu lövhəniyaz deyirdi.
Bu gün məclis Hüseyn Arifməclisiydi,Xoş xatirə, şirin tərifməclisiydi.Qəlbin yuxa, ruhun zərifməclisiydi,Öz sözünü qaş deyirdi,göz deyirdi.
Biri dedi, səyyah idi,ozan idi,Biri dedi, haqq dilindəyazan idi,Biri dedi, şaxta vurmuşxəzan idi,Kim nə desə, haqlı deyir,düz deyirdi.
Sərraf idi, tükü tükdənseçən kişi,Dərdin dolu badəsiniiçən kişi.Sinəsində oğul dağıköçən kişi,Öz dərdinə yara üstəduz deyirdi.
Ah çəkəndə dodaq yanır,dil əsirdi,Baş titrəyir, bel bükülür,əl əsirdi.Arif deyib, o dünyayatələsirdi,Məni ora tez aparın,tez, – deyirdi.
Oğul dağı... qara tale,qara yazı,Yağdırırdı üstümüzəqar, ayazı.Kövrəlmişəm, ay Zəlimxan,götür sazı,Pərdələrdə asta-astagəz, deyirdi.
Bir dağ kəli yaralandı,yandı həyat,Şair qəlbi yeddi yerdənqat verdi, qat.Oğulsansa, sinəni gər,qolunu at,Bu kədərin dəryasındaüz, deyirdi.
Dar bir koma sarayıydı,şəhəriydi,İki gözü Zöhrəsiydi,Səhəriydi.Yer üzünün ən ağrılıxəbəriydi,Nə zaman ki, Arifdən birsöz deyirdi.
Ürəyini döndərmişdiqəmli neyə,Hey gəzirdi, sığışmırdıyerə, göyə.“Sözdə Vurğun, sazda Mirzə”deyə-deyə,Onlar haqda az demişəm,az, deyirdi.
Odda yanıb, suya düşüb,qardan keçib,Sınaq görüb, çətin görüb,dardan keçib,Bu od-alov ürəyiməhardan köçüb,Ocaq dinir, qor danışır,köz deyirdi.
Güc verirdi dua kimi,əzan kimi,Qaynadırdı bizi qaynarqazan kimi.Bir şairə “uğurlu yol”yazan kimi,Sevinirdi, bir ömrünəyüz deyirdi.
Qoca dağlar əsdirirdiküləyini,Meşəbəyi çırmamışdıbiləyini.Ləzgi qızı yandırandaürəyini,Qoca şair baxışlaraköz deyirdi.
Qarabağı, qara bağrıpara-para,Sinəsinə çalın-çarpazvurdu yara.Qanlı fələk, mən çəkdiyimağrılara,Hünərin var, duruş gətir,döz, deyirdi.
Torpaq dərdi, gözündə yaş,könlündə qəm,Alışırdı öndə varaq,əldə qələm.Dur, Zal qızı, nə yatmısan,Qaçaq Kərəm,Qalx, düşmənin kəlləsiniəz, deyirdi.
Hər kimdə ki ləngər yoxdu,çəki yoxdu,Ləngərində yerin-göyünyükü yoxdu,İkicə söz işlədirdi –“kökü yoxdu”,Köksüzlərə kül deyirdi,köz deyirdi.
Şeirimizin salxımıydı,saplağıydı,Misraları yaman gözünbıçağıydı.Yaxşı şeirin xəstəsiydi,naçağıydı,Sözü üzə tənbeh kimidüz deyirdi.
Həmdəm oldu bir gün toya,bir gün yasa,Yurdu gəzdi dəmir çarıq,dəmir əsa.Əbədiyyət yollarınaqovuşmasa,İtəsidi sən saldığıniz, deyirdi.
Yaddaşlarda qalmaq çətin,ölmək asan,Kökün yoxsa, dada çatmırnə ad, nə san.Öz ruhuna, öz nəslinətapınmasan,Bu dünyadan əlləriniüz, deyirdi.
El bilirdi öz oğlununqiymətini,Yaşadırdı nəfəsini,hikmətini.Bir məclisin yetmiş illiksöhbətiniSöz dillənir, söz danışır,söz deyirdi.
Harda qəmli adam görsə,qış günüydü,Harda xoşbəxt insan görsə,xoş günüydü.Nə var-dövlət, nə şan-şöhrətdüşkünüydü,Son qazanca beşcə arşınbez, deyirdi.
Söz dünyası min naxışlıəlvan xana,Bir ovsundu, həyat verirruha, cana.Saf duyğular pıçıltıylaZəlimxana,Hüseyn Arif dastanınıyaz deyirdi.
2001, 20 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-huseyn-arif-meclisi
Use ← → keys to move, R for a random poem
More by this author
Eyfel qülləsindən Parisə baxdım,Həqiqət donunda nağıl göründü.
Torpaq sevgisiQalxır təyyarəmiz göyün üzünə,Uçuruq Parisdən Bakıya sarı.
Şairlərin qismətiSinəsi dağ-dağ olmaq şairlərin qisməti,Sinəm üsyan meydanı, qızarmış şişə qarşı.
Haqlısan şairdən gileylənməyəSöz güllə, söz mərmi, söz qurşun gərək,Söz millət, söz ordu, söz qoşun gərək,
Poems by other poets
اعدات یکسر از سر و سامان برآمده
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,