Canımdan bir ağrı keçdi,Hüseyn Arif sağ olaydı.Solmayaydı şair ömrü,Yamyaşıl bir tağ olaydı.

Qəlbə yaxın, gözdən uzaq,Ruhumu göynətdi sazaq.Söhbətimiz sərin yaylaq,Başıqarlı dağ olaydı.

Ovlanaydı cüyür, təkə,Buğlanaydı yağlı tikə.Meşəbəyi kabab çəkə,Damağımız çağ olaydı.

Neçə əri, neçə mərdi,İldırımlar yerə sərdi.Nə ürəkdə oğul dərdi,Nə sinədə dağ olaydı.

Ruhu kövrək, qəlbi zərif,Halalıydı haqlı tərif.Ölməyəydi Hüseyn Arif,Yüz il yaşamaq olaydı.

2000, 1 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets