Çıxartsan yadından kəndi-kəsəyi,Nə deyər tüstülü bacalar bizə.Ağsaqqal, ağbirçək qədri bilməsək,Çətin qismət olar ucalar bizə.

Nə yağış qorxudar, nə qar, nə dolu,Getsək babaların getdiyi yolu.Qəlbimiz tox olar, sinəmiz dolu,Nağıl danışanda qocalar bizə.

Şəfa qaynağıdı o dağ, o binə,Eldən söz düşəndə qabarır sinə.Əlli yol dünyanı dolansaq, yenəFəsəli bişirən sac olar bizə.

Aranda sevgilim sərin səhərdi,Yaylaqda həmdəmim qaşqa kəhərdi.Ad alıb, onsuz da şəhər şəhərdi,Kəndin şəhər adı tac olar bizə.

1972, 3 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets