Sevənlər həmişə möhtərəm olur
Sevinc gözləməsin sevən dünyadan,Qisməti çox zaman kədər-qəm olur.Can şamda titrəyən şöləyə dönür,Göz dolur, boşalır, kirpik nəm olur.
Meyli qıza düşür, qadına düşür,Hərə bir gözəlin oduna düşür.Kim cəfa çəkirsə, od ona düşür,Gah Qərib, gah Məcnun, gah Kərəm olur.
Nazıyla oynamaq adətim, peşəm,Sevgidi varlığım, sevgidi peşəm.Sevənlər həmişə məğrur, möhtəşəm,Sevənlər həmişə möhtərəm olur.
2005, 2 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sevenler-hemise-mohterem-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
چهره یار را حجاب توئی
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Savalanım, Tanrı dağımBu şeri Bəylə ikimiz bir yerdə yazmalıydıq.Bəy mənə Savalan dağı haqqında xeyli danışmışdı, biz bu şeri Bəyin, həm də mənim istədiyimiz şəkildə, Tanrıya qovuşan və bizi də qovuşduracaq bir qanadlı dağ, bir İlahi sevgi şəklində yazacaqdıq. Və yazdıq da: Həm də şerdəki kimi təkcə Savalan yox, Bəy də Tanrıya qovuşdu. Ancaq, canım, gözüm, nə bu cəhd bitər, nə də Tanrıya qovuşma.