Eşq
Eşq adamdan can istəyir,Heç vaxt odu soyumayanCanda qaynar qan istəyir.Min illəri əvəz edən,Bir müqəddəs an istəyir.Eşq bir dəli köhlən atdı,Onu yoldan saxlamayın,Çapmağa meydan istəyir.
2011, 2 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-esq
Use ← → keys to move, R for a random poem