Çən tutar, göylərin üzü bağlanar,Qar yağar, yolların yüzü bağlanar.Qış düşər, bulağın gözü bağlanar,Sən mənə bir kəlmə acı söz desən.

Qəlbin bərk olanda daşdan, dəmirdən,Bəxtin seçilərmi küldən, kömürdən.Şirinlik gözləmə daha ömürdən,Sən mənə bir kəlmə acı söz desən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets