Dodaqdəyməz təcnis
Gəldi yaz ayları, ay istəkli yar,Açıldı çiçəklər yeri, dər indi.Keçəndə asta keç, ehtiyat elə,Lal axan çayların yeri dərindi.
Sanki telin əsir nərgiz əsəndə,Gəl, istək yaransın nərgizə səndə.Ay çiçək, heyran qal nərgizə sən də,Aşiqin gəzdiyi yeri dər, indi.
Gəlin eyləyəndi qarını dağlar,Ağlığın dağların qarını dağlar.Səcdənə gətirər qarını dağlar,Selləri qarşına yeridər, indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dodaqdeymez-tecnis-2
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlmişdim, getməyə çatmadı gücüm,Könlüm bu dağlarla baş-başa qaldı.
TapmışamKövrəlmişəm hər çıxanda təbiətin qoynuna,Şeriyyəti güllər üstə düşən nəmdə tapmışam.
Ömrə yazılan dəqiqələrÇiçəyi sayrışan, gülü ballanan,Vədəsi yaz olan dəqiqələrdi.
Bu sevinci alma mənim əlimdənDüz addımla doğru yolu, gəncliyim,Geri durma, yağsa dolu, gəncliyim.
Poems by other poets · Love
Səhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” olduZülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu,Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.
Yenə sən oldunƏhsən qeyrətinə, anam gəlini,Dar gündə vəfalı yenə sən oldun!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır