Könül güldü bir uğurlu gəlişdən,Can sevindi qəhqəhədən, gülüşdən.Təmizlikdə fərqin yoxdu gümüşdən,Xasiyyətdə qızılsan ki, qızılsan.

Məhəbbətin payızı var, yazı var,Deyirlər ki, tale, qismət, yazı var.Heçə dönər gözlərimdə yazılar,Məndən qeyri başqasına yazılsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate