Dilinə qan sözü gətirmə daha,Sən ona düşmənsən, o sənə düşmən.Əzilən əzənə ölüm arzular,Kəsilən həmişə kəsənə düşmən.

Yaş gözə bağlandı, göz yaşın oldu,Öz ağlın, öz əlin öz başın oldu.Hamı dostun oldu, qardaşın oldu,Kimdi qandan qeyri de, sənə düşmən.

2011, mayAlmaniya, Hannover

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets