Qəlbimdə, ruhumda yer sala bilməz,Qəm-qüssə yanımdan ötəndir mənim.Eşqimdən yaranıb bu torpaq, bu yer,Arzum cücərəndi, bitəndi mənim.

Şimşəklər şığıya, küləklər əsə,Çaylar haray salıb yolumu kəsə,Gur sellər nə qədər “güclüyəm” desə,Əlim hər istəyə yetəndir mənim.

Mənə eldən gəlir cəsarət, dözüm,Azalmaz alovum, qaralmaz közüm.Birinci söhbətim, sonuncu sözüm,Hər zaman, hər yerdə Vətəndir mənim.

1973, 20 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland