Könlü haqdan yayındırma,İş içindən iş çıxar.Tanrıya ağız büzənin,Boğazından şiş çıxar.

Hamı deyər mən dərvişəm,Dərk eyləməz Allahı.Min ildən bir el içindən,Yunustək dərviş çıxar.

Dəlilik də, aşiqlik də,Ozanlıq da bizdədir.Şair qəlbi haqq evidi,Çiy gələn bişmiş çıxar.

2002, 21 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love