Heç zaman Allaha qovuşmaq olmur
Əllərin yetişmir, əl eyləyəsən,Səsini eşitmir, gəl eyləyəsən,Axan göz yaşını göl eyləyəsən,Yenə də Allaha qovuşmaq olmur.
Zərrəcə yer vermə şübhəyə, şəkkə,Yüz dəfə Kəbə gör, min dəfə Məkkə.Qaya balınc olsun, daş da mütəkkə,Yenə də Allaha qovuşmaq olmur.
İşimiz amana, aha çıxsa da,Gedib gileyimiz şaha çıxsa da,Astarı üzündən baha çıxsa da,Yenə də Allaha qovuşmaq olmur.
Ustad ol, dərviş ol, ozan ol, pir ol,Mələklə, fələklə görüş, əlbir ol,Lap belə cəldlikdə şir oğlu şir ol,Yenə də Allaha qovuşmaq olmur.
Məni bağışlasın Məhəmməd, İsa,Məni bağışlasın məscid, kəlisa,Meraca qalxasan yol basa-basa,Yenə də Allaha qovuşmaq olmur.
Axtarma kiminsə getdiyi yolda,Axtarma kiminsə vurduğu xalda,Ancaq arzudadı, ancaq xəyalda,Heç zaman Allaha qovuşmaq olmur.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hec-zaman-allaha-qovusmaq-olmur
Use ← → keys to move, R for a random poem
More by this author
Qayası qartallı məğrur dağ oldun,Şimşəkdən qoruya bilmədim səni.
MeylimizUçdu bir gün yuvasından quş kimi,Sevdasına təzə düşdü meylimiz.
Əllərin nəğməsiSizə gülmü deyim, çiçəkmi deyim,Gül yığan, gül açan, gül dərən əllər.
Bir içim dediÇəmənlə, çiçəklə, çayla görüşdüm,Biri gəz, biri dər, biri çim dedi.
Poems by other poets
Əcəb xöşbəxt olur hər kəs,Tutub məba bu məktəbdə.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.