Dünyanın zor adamı
Qoşa qanadımdı atam və anam,Mən iki adamın bir adamıyam.Adəmdən adama yol gəldi ömrüm,Sirdən yaranmışam, sirr adamıyam.
Çeşmə gözlərimdə, çay gözlərimdə,Min bir gözəlliyi say gözlərimdə.Günəş ürəyimdə, Ay gözlərimdə,Üfüqdən boylanan zər adamıyam.
Dünya heyranlıqdı, mən heyrətdəyəm,Heyran olduğuma məhəbbətdəyəm.Gecə də, gündüz də ziyarətdəyəm,Ocaq adamıyam, pir adamıyam.
Bir səsəm, süzülüb neydən gəlmişəm,Kitabam, əlifdən-beydən gəlmişəm.Buluda qoşulub göydən gəlmişəm,Torpaqdan yoğrulan yer adamıyam.
Eşqimlə dağ yarıb, daş oya bildim,Bir gündə min bir gün yaşaya bildim.Mən ki bu yükləri daşıya bildim?Bu qoca dünyanın zor adamıyam.
2008, 7 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dunyanin-zor-adami
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
ƏsliRast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
OğlumDüşmənin düşməndir, sən ki, bilirsən,Dostundan gəl gözlə özünü, oğlum.