Açdıq əllərimizləgöylərin qapısını,Gecə-gündüz fikrimizYaradana varışdı.Tək Tanrıya ucalıb,haqqa qovuşmaq üçünDilimizdə səslənənduadı, yalvarışdı.

Ürək olduq, ruh olduq,baş olduq, beyin olduq,İldırımdan sürətli,şimşəkdən yeyin olduq.Bir az kövrək, bir az sərt,bir az ərköyün olduq,Dünya ilə könlümüztez-tez küsdü, barışdı.

Tamahdan qorunmağasipərimiz olmadı,Allaha qovuşmağatəpərimiz olmadı.Ömür elə keçdi ki,xəbərimiz olmadı,Başımız zaman-zamanyaşamağa qarışdı.

2010, 20 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love