Bəsdir, məni gəl çıxarma özümdən
Nə gücüm var, nə dözümüm, nə səbrim,Bəsdir, məni gəl çıxarma özümdən.Allahımı, vallahımı unutdum,Bəsdir, məni gəl çıxarma özümdən.
Bu, güləşdi, yıxılmışam, yıxmışam,Axır gəlib meydanına çıxmışam,Dişlərimi bir-birinə sıxmışam,Bəsdir, məni gəl çıxarma özümdən.
Çaya dönsən, çırmalanıb keçərəm,Dəniz olsan, ovuc-ovuc içərəm,Birdəfəlik varlığına keçərəm,Bəsdir, məni gəl çıxarma özümdən.
Bir səs ilə sonalansın könlüm hey,Yeri-göyü yandırmasın çölüm hey,Bu savaşdı, öldürüm hey, ölüm hey,Bəsdir, məni gəl çıxarma özümdən.
Qiymətimi axır bilib çıxmısan,Dağı yarıb, daşı yarıb çıxmısan,Əlli ildən sonra gəlib çıxmısan,Bəsdir, məni gəl çıxarma özümdən.
Güclülərə güc gəlməyin mübarək,Tərs boylanıb, öc gəlməyin mübarək,Taleyimə gec gəlməyin mübarək,Bəsdir, məni gəl çıxarma özümdən.
1999, 7 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-besdir-meni-gel-cixarma-ozumden
Use ← → keys to move, R for a random poem
More by this author
Girmə bu meydana soyuq ürəklə,Köhnə dəmir kimi qızırsansa, gəl.
Özün yazdın hər qismətiBu öy mənim öyüm deyil,Özünsən öyün sahibi.
Vaxtsız ayrılmasın durna qatardanBu, şair ömrüdü, qıyma sən Allah,Ruh bədəndən çıxsın, canda can ölsün.
Mənə dünya bağışlaMəcnun olmaq istərəm,Mənə səhra bağışla.
Poems by other poets
Çörək müqəddəsdir, çörək əzizdir,İnsanları yaşadandır bir tikə.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır