Təcnis
Gül açasan ömrün bahar çağında,Budaq əyə, bar verəsən qışacan.Gərək elə gətirəsən payızı,Heç olmaya qış təntiyən, qış acan.
Nə yaratsan yaradasan ürəkdən,Pis toxumdan heç tutmaya ürək dən.Od almasan bir sevdalı ürəkdən,Səni vaxtsız əldən salar qış, a can.
Mənzil kəsmək qış çətindi, yaz asan,Yaxşı keçsə ömrü-günü yaza san.Yazanda da yaza şeir yazasan,Verməyəsən sərt ayaza, qışa can.
1972, 10 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tecnis-3
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Gəldi bahar
“Onu bağışlamaq olarmı?” filmindən*Elimin, yurdumun çox baharı var,
Necə unudumDeyirlər səbr elə, birtəhər unut,O şirin səslimi necə unudum.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara