Heçə dönür inancımız
Ağrı cana asan gəlir,Ağrı candan çətin çıxır,Yun daraqdan ayrılantək,Sümüyündən ətin çıxır.
Ümidini kəsir haqdan,Taxta çıxan enir taxtdan,Hamı keçir bu sınaqdan,Mində biri mətin çıxır.
Heçə dönür inancımız,Kəsmir ürəkdə sancımız.Axır günə qazancımız,Beş arşın ağ, sətin çıxır.
2010, sentyabr,
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hece-donur-inancimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aman ana
Fəraq oldu bu cavana,Halal ilə aman ana,
Utan şərm eyləgil həqdənUtan şərm eyləgil həqdən,Dur ey qafil nə yatıbsan,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.