Toy günündür
Toy günüdü, bu məclisin bəyinə bax,Çal-çağıra, kamanına, neyinə bax.Təbiətin yerinə bax, göyünə bax,Ömür çatıb bir şöhrətə, şana burda.
Bu dünyanın hər qəmindən uzaq olar,Sevincindən aşıb-daşan uşaq olar.Öz-özünə bir çağlayan bulaq olar,Qəlbi olan çəkilərmi yana burda?!
Baş örpəkli, yaxa qızıl düyməlidir,Qapılar var, elçi əli döyməlidir,Kimə baxsan bir-birindən öyməlidir,Sevə oğlan, gözəlləri sana burda!
Günəş doğub bu varlığa, bu həyata,Gəlişində dağ vüqarı, gülür ata,Bir havanın laylasına yata-yataQollarını geniş açır ana burda.
Bir can olsun yerin səsi, göyün səsi,Kəsilməsin qulaqlardan neyin səsi.Toyçu qardaş, elə çal ki, toyun səsiQoy işləsin lap iliyə, qana burda!
Söz sinədən axsın gümüş çaylar kimi,Şirin olsun dostdan gələn paylar kimi,Anın ömrü qoy uzansın aylar kimi,Günün ömrü heç çatmasın sona burda!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-toy-gunundur
Use ← → keys to move, R for a random poem
More by this author
“Ən əziz, ən şirin, ən acı günlər”*şeirinin müəllifi Cabir Novruza*
Üzrxahlıq“Space” televiziya kanalında “Günaydın” səhər verilişində*çıxış edirdim. Vəfa adlı bir jurnalist xanımın “Zəlimxan*
Ramizin övladı2002-ci il aprelin 26-da Musiqi Akademiyasında Xalq artisti*Ramiz Quliyevin 55 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi*
Mahmudəli ÇöhrəqanlıyaMillətə can-can deyir,Zülmətə qan-qan deyir.
Poems by other poets
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Başqa-başqalarŞirin başqa, acı başqa,Qardaş başqa, bacı başqa.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Novruz bayramına hazırlaşan müsəlmanlara töhfəPər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən,Uçgilən balalərə, seyr et mədari-aləmi!