Dağlar mənə gəl-gəl desə ürəkdən,Gəlib elə bu yerlərdə qalardım.Təbiətlə sevincimi, dərdimi,Bölüb elə bu yerlərdə qalardım.

Nəfəsimdə yaşadardım ətrini,Əzizlərdim çiçəklərin xətrini.Ömrün-günün qiymətini, qədriniBilib elə bu yerlərdə qalardım.

Nə gözəldi bu dağların lalası,Mən getsəm də, könlüm burda qalası.Sevsə məni bir zalımın balası,Ölüb elə bu yerlərdə qalardım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets