Təbiətin ovsununa düşəndə
Nə hirs, nə də acıq olur, İlahi,Sinə necə varaqlanır, yumşalır.Ürək necə açıq olur, İlahi,Təbiətin ovsununa düşəndə.
Nifrət olmur, qəzəb olmur, kin olmur,Dağda olur, baxışlarda çən olmur,İnsaf, iman ürəklərdən gen olmur,Təbiətin ovsununa düşəndə.
Çəmən sənin, çiçək sənin, quş sənin,Yaddaş sənin, həvəs sənin, huş sənin,Yaz sənindi, yay sənindi, qış sənin,Təbiətin ovsununa düşəndə.
Yada düşməz ağrı-azar söhbəti,Dedi-qodu, küçə-bazar söhbəti.İlham gələr, qələm yazar söhbəti,Təbiətin ovsununa düşəndə.
Qanqalsansa, dönüb çiçək olursan,İblissənsə, dönüb mələk olursan.Qayasansa, dönüb ipək olursan,Təbiətin ovsununa düşəndə.
Lilpar adlı dolça yaşıl, cam yaşıl,Dəyə yaşıl, daxma yaşıl, dam yaşıl.Duyğuların dönüb olur yamyaşıl,Təbiətin ovsununa düşəndə.
Arıya bax, bal süzür, şan yaradır,Cana məlhəm, gözə dərman yaradır.Hər mənzərə bir Zəlimxan yaradır,Təbiətin ovsununa düşəndə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tebietin-ovsununa-dusende
Use ← → keys to move, R for a random poem
More by this author
Dünənlər keçmişdədi, sabahlar gələcəkdə,Olanlar oldu getdi, olacaqlar sirr qalır.
Ölü basdırırıq hər gün ürəkdəÖlü basdırırıq hər gün ürəkdə,Yalan diriləndə həqiqət ölür.
Ey təzə qəbrin sahibiEy təzə qəbrin sahibi,Sən var idin, yoxsan daha.
Bitmədi ki, bitmədiİnşallah, bitər dedikbu ağrılar, acılar.
Poems by other poets · Nature and spring
Eylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,
Qadasın aldığımSəhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
Ya sənəBir isminə beş gözəllik yaraşır,Dildə əzbər məhəbbətdi ya sənə.
Güllərin bəhsiQ ı z ı l g ü lMən şahıyam qönçələrin, güllərin,