İlahi! Göyləri çox görmə mənə,Günəşin nurunu əlimdən alma.Qoy başı ucalsın göylərə dəysin,Şair qürurumu əlimdən alma.

Göyün yaddaşına həkk eylə məni,Möhürüm üfüqlərə basılı qalsın.Qəndillər tavandan asılan kimi,Ruhum göy üzündən asılı qalsın.

Mən orda tapmışam ucalıqları,Mən Allah deyəndə göyə baxmışam.İndi bir sirr kimi açılır mənə,Altmış il göylərə niyə baxmışam.

Yapışıb qalardım yerdə daş kimi,Fikrin alovunu buraxmasaydım.İçimdə bir ulduz yanmazdı mənim,Göydə ulduzlara çox baxmasaydım.

2010, sentyabr,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love