Şimşək buludların son qərarıdır,Şübhədən sıyrılar, gümandan çıxar.Yandırar bağrını ana torpağın,Havalı ox olub kamandan çıxar.

Sellər qeyzə gələr, qayalar sökər,Dağların gözünə qaranlıq çökər.Gah yağış yağdırar, gah dolu tökər,Nə çıxsa həmişə dumandan çıxar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring