Böyük sevgilər
Sevənlər birləşəndə bir ürək, bir can olur,Gecə-gündüz nur yağır rəngindən, çöhrəsindən.İstər dəryaya tulla, istər qayalardan at,Öldürsən də əl üzməz Tahir öz Zöhrəsindən.
İlmə-ilmə toxunub, yaşıl ağa sarılar,Gül çəmənə, şeh düzə, qaya dağa sarılar.Yun əyrilib ip olar, sap yumağa sarılar,Düyçələr dolub çıxar zamanın cəhrəsindən.
Ölməz böyük sevgilər, ölüm təhlükə bilməz,Gözündə su bulanmaz, aynası ləkə bilməz,Min illər gəlib keçə, heç vaxt əl çəkə bilməz,Fərhad öz qayasından, Məcnun öz səhrasından.
2004, oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-boyuk-sevgiler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Qəzəl: Məhbub odur ki şivələri dilfərib olaMəhbub odur ki şivələri dilfərib ola,Məqbuli-aləm ola, həsib ü nəsib ola
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.