Bütün gecə axtarmışam,Axşam itirdiyim sözü.İlham adlı bir ağacdan,Bar kimi dərdiyim sözü.

Mənzilə çatmaq istədim,Bəxti oyatmaq istədim,Ox kimi atmaq istədim,Yay kimi gəzdiyim sözü.

Dərd yükümü ağırladı,Dəftər-qələm fağırladı,Qəlbimdən kim oğurladı,Qəlbinə girdiyim sözü?

2003, aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets