Ərköyün övladlar
Dünya dövr eyləyirzaman içində,Yer göyə bağlıdır,göy yerə bağlı.Dünyada nə varsabir can içində,Hamısı eşq adlımehvərə bağlı.
Göylərin rəngi vargüldə, çiçəkdə,Biri ağ, biri göy,biri sarıdı.Yağış da, dolu da,qar da, külək dəBuludun ərköyünövladlarıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-erkoyun-ovladlar
Use ← → keys to move, R for a random poem
More by this author
Ağac
Qol-budaqlı ağacam, yuvalarla doluyam,“Kəsilmiş tut dalıyam”, havalarla doluyam!
Qış və yazÖz ömrünə yas tutur qar əriyə-əriyə,Yaz meydana girəndə qış çəkilir geriyə!
SevHər qarışı müqəddəs aranı sev, dağı sev,Məni sevmək istəsən, bu yurdu, torpağı sev.
SualGöy üzünü bürüyür yer üzünün ahları,İnsan necə götürür bu qədər günahları?!