Yaradanım, yardım eylə,Yaratdığın yarım olsun.Çiçəyinə üzüm dəysin,Budağında barım olsun.

Yarlı günə varlıq deyim,Yarsız günə darlıq deyim.Darlığa məzarlıq deyim,Dönsün qışım, qarım olsun.

Tanrım, mənə sağ gözlə bax,Yaşıllanım yarpaq-yarpaq.Qədəmlərim dəyən torpaq,Öləndə məzarım olsun.

2003, noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death