Dağ duruşu
Duruşu, təmkini öz yerindədir,Dağlar min illərdi ləngər saxlayır.Qartalı zirvədə keşikçi qoyub,Dərin dərələrdə səngər saxlayır.
Qalxan qasırğalar, qopan tufanlar,Daşından qamqalaq qopara bilmir.Yüz dərənin suyu bir yerə gəlsə,Bircə qayasını apara bilmir.
Dağdan dağ olmağı öyrənmək gərək,Sağlam yaddaşı ver, sağlam huşu ver.İlahi, mənə də dağ qətiyyəti,İlahi, mənə də dağ duruşu ver.
2003, noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dag-durusu
Use ← → keys to move, R for a random poem
More by this author
Torpaq ətri
Öz içimdə torpaq əkib, dən səpirəm,Duyğuları cücərdirəm pöhrə kimi.
Mən ürəyi ürək kimi saxlamadımMən bilmədim sına bilər, yana bilər,Mən ürəyi ürək kimi saxlamadım.
Gəl şəklini çəkim, dünyaŞəkil çəkmək istəyirəm,Gəl şəklini çəkim, dünya.
Hər gün sevənlərin qulağı səsdəMəni duyanlardı məni sevənlər,Sən məni duyunca yaşaram, gözəl.