بهشت وار شد از نو بهار و بخت جوان
بهشت وار شد از نو بهار و بخت جوانپدید گشت گل خرمی که بود نهان
خزان دشمن کفر از نشاط گشت بهاربهار دشمن دین از نهیب گشت خزان
سعادت ازلی را پدید نیست کنارسعادت فلکی را پدید نیست کران
موافقانرا همرا ز گشت جان و خردمنافقانرا کوتاه گشت دست و زبان
خدای باز بیفزود دولت اسلامسپهر باز بکاهید قوه کفران
مخالفان دغا را گسسته شد پیوندموافقان هدی را درست شد پیمان
ز تازه گشتن پیمان آندو شهزادهز مهر جستن و دیدار آن دو شاه جوان
کنون که گشت بیکجا هژبر و شیر قرینکنونکه کرد بهم آفتاب و ماه قران
عدیل کاهش و انده شود تن اعداقرین شدت و حسرت شود تن خصمان
همیشه گفت همی پور رستم آن سهرابچو سوی ایران آورد لشگر توران
که من پسر بوم و رستمم پدر باشددگر چه باشد دیهیم دار در کیهان
درست بودی اندیشه و سگالش اوبدانکه دولت و بختش چنین نبود جوان
بدست این دو خداوندگار گشت پدیدمراد آن سپه آرای پهلوان جهان
کنون که این دو شه بختیار یار شدنددگر چه دارد دیهیم دار و ملکت ران
امیر ابوالحسن آن بذل و جود را بنیادامیر ابوالفضل آن دین و داد را بنیان
دو شهریار کریم و دو نامدار کرامدو اختیار زمین و دو افتخار زمان
یکی بدست چو بادی نسیم او دیناریکی بتیغ چو ابری سرشک او مرجان
یکی سخا را معدن یکی وفا را گنجیکی نعم را مخزن یکی کرم را کان
یکی چو باده خورد زهره باشدش ساقییکی چو گوی زند چرخ باشدش میدان
یکی گمان موالی کند بدست یقینیکی یقین معادی کند بتیغ گمان
همیشه دولت آن پایدار باشد از اینهمیشه نعمت این برقرار باشد از آن
نه حد کوشش اینرا پدید هست کنارنه بحر بخشش آنرا پدید هست کران
نترسد از فلک آن کس که اینش گشت امیننترسد از اجل آنکس که آنش داد امان
نه این بخدمت آن در شرف برد خوارینه آن بمدحت این در سخن کند بهتان
یکی بسوزد ماهی بتیغ در دریایکی بدوزد زهره بتیر بر کیوان
کنند کند قضا را همی بتیز حسامکنند سست اجل را همی بسخت کمان
بدین دو میر خرابست خانه کفاربدین دو میر بپایست رایت ایمان
بدولت اینرا چندان بگیرد آن کشوربدولت آن را قلعه بگیرد این چندان
که کمترین رهیی را ببخشد آن تفلیسکه کمترین رهیی را ببخشد این ختلان
چو آفتاب ببرج حمل درون آیدزمین بخندد گردد زمانه زو خندان
سرور روید از آن آفتاب در ملکتچو لاله روید از آن آفتاب در نیسان
مثل زنند که شیری کجا میان دو رنگفتاده جان نرهاند بچاره و دستان
سرای اینرا برج حمل شمرد قیاسهم از قیاس مر او را چو مهر تابان دان
بگو که چون برهاند بچاره خود را رنگکه اوفتاد میان دو شیر بیشه ژیان
از این امیر عدو ناز جست و یافت نیازوزان امیر عدو سود جست و یافت زیان
سرش گران و عنانش سبک شد و نشناختکه خرمیش سبک گردد و عذاب گران
نه دور چرخ بماند همیشه بر یک حالنه جور دهر بماند همیشه بر یکسان
همیشه دندان سودی بجنگشان اکنونبطوع چاکرشان گردد از بن دندان
همیشه تا بود آسان برابر دشوارهمیشه تا بود افزون برابر نقصان
ز گشت گردون نقصان این شود افزونز بخش کیوان دشوار آن شود آسان
Bahar gəldi, cahan cənnət oldu, bəxt cavan,Qızılgül örtüyü üzdən atıb, olub xəndan.
Sevindi düşməni küfrün, xəzanı oldu bahar,Əzildi düşməni dinin, baharı oldu xəzan.
Əzəl səadətinin yox nəhayətindən əsər,Fələk səadəti vermişsə, yox ona payan!
Ağılla ruh olub indi dostlara sirdaş,Dili, əli kəsilib düşmənin, düşüb candan.
Ucaltdı Tanrı yenə bayrağını islamın,Fələk yetirdi yenə küfr qüvvəsinə ziyan.
Pozuldu vəhdəti, oldu zəlil düşmənlər.Quruldu dostlar arasında doğru bir peyman.
Yarandı əhd iki şahzadənin arasında,Biri-biriylə görüşdü iki cavan sultan.
Qərar tutdu bu gün yan-yana Ay ilə Günəş,Veribdir indi əl-ələ pələng ilə aslan.
Qalar muradına həsrət cahanda düşmənlər,Tapar, yəqin ki, bədxahların canı nöqsan.
Belə deyərmiş o Söhrab-Rüstəmin oğlu,Turandan ordu ilə İrana olanda rəvan:
“Mənim ki Rüstəm atamdır, mənəm onun oğlu,Niyə bir özgəsinə tacı bəxş edib dövran?”
Sönükdü taleyi, yatmışdı bəxti Söhrabın,Fəqət o düz düşünürdü, sözündə yoxdu yalan.
Yarandı vəhdət iki hökmdar arasında,Muradı oldu o sərkərdənin cahanda əyan.
Veribsə indi iki bəxtiyar şah əl-ələ,Cahanda başqasının təxtü tacı olmaz, inan!
Əmir Əbülhəsən – o lütfü bəxşişin təməli,Əmir Əbülfəzl – o din ilə ədalətə kan!
Kərimdir hər iki şəhriyar, həm də əziz,İkisiylə də edər fəxr yer üzü və zaman.
Biri külək tək əlindən səpər dirəm, dinar,Biri qılınc buludundan tökər yerə mərcan
Biri səxavətə mədən, biri vəfada mətin,Birisi nemətə xəznə, biri kəramətə kan.
Biri mey içsə, ona saqilik edər Zöhrə,Biri top istəsə, vursun, fələk olar meydan.
Biri əliylə edər dostlara gümanı yəqin,Biri qılıncla qılar düşmənə yəqini güman.
Tutar həmişə onun dövləti bununla qərar,Bununsa nemətinin qədri yüksələr ondan.
Bunun təlaşına aləmdə yoxdur hədd-hüdud,Onun səxavəti sahili görünməz ümman.
Fələkdən etməz həzər, hər kimin əmini budur,Əcəl deyil vecinə, hər kimə o versə aman!..
Biri qılıncla dənizdə yaxar oda balığı,Biri tikər fələyə Zöhrəni, alarsa nişan,
İti qılıncla edərlər qəzanı avarə,Əcəl yolundan azar, görsə əllərində kaman.
İki əmir ilə iyman bayrağı ucalar,İki əmir ilə küfrün evi olar viran.
Bu, dövlətiylə edər fəth bir neçə ölkə,O, qüdrətiylə alar övc bir neçə qaladan.
Bunun kiçik quluna bəxşişi olar Tiflis,O, öz kiçik quluna bəxşiş eyləyər Xətəlan.
Günəş gələndə Quzu bürcünə, olanda bahar,Güləndə yer üzü, zinət tapanda bu dövran.
Görüm, sevinclə günəş ölkənə bəzək versin,Necə gün altda açar lalə, su verər neysan.
Cəmaətin arasında belə məsəl vardır,Keçib sınaqdan o, çatmış bizə ata-babadan:
“İki şirin arasında qalarsa bir qoç əgər,Kələklə təhlükədən çox çətin ki, qurtara can!”
Nəzərdə tut ki, Quzu bürcüdür bu eyvanı,Məni o bürcdə bir anlığa günəş saysan.
De, hansı çarə ilə qurtarar canın bir qoç,Meşədə gərçi onu təkləmişsə cüt aslan?
Naz istəyirdi, niyaz verdi düşmənə bu əmir,Qazanc umub o əmirdən rəqib, tapdı ziyan!Başı ağır, cilovu boşdu, bilmədi düşmən,Sevincə çatmaz əli, sarsılar əzabından.
Həmişə bir cürə dövr etməyir bu çərxi-fələk.Zəmanə zülmünü təkrar eyləməz hər an!
Sənin çətinliyini eyləsin asan göylər,Fələk tamamlasın, hansı işində var nöqsan!
Kitabxana.az · https://kitabxana.az/en/works/qatran-qeside-151
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nə lazımdır naqabilə söz deyəm,Xatirinə ya dəyməyə, ya dəyə?
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Çün tolu mey ayağını koli ağdan çekeremÇün tolu mey ayağını koli ağdan çekeremKucaram ince bilini kılı yağdan çekerem