تا باد گذر کرد بگلزار و ببستان
تا باد گذر کرد بگلزار و ببستاناز نافه تبت شده بستان چو شبستان
Seyrangahı oldu küləyin bağ, gülüstan,Oldu Tibetin mişki ilə bağ şəbistan.
از بید همه باغ پر از شیشه میناستوز لاله همه دشت پر از حقه مرجان
Gülzarı söyüd şaxəsi mina şişə etmiş,Lalə çölə bir mücrü kimi topladı mərcan.
آن شیشه پر از غالیه وان حقه پر از مشگاین مشگ پدید آمده آن غالیه پنهان
Şişə ətir ilə, mücrü mişk ilə dolmuş,Bu mişk əyandır, nədən o rayihə pünhan?
باد آمد و آورد همه غارت تاتارابر آمد و آورد همه غارت عمان
At çapdı külək bağda, tatar qarətə keçdi,Səf çəkdi bulud, qarət olundu bütün ümman!
پر مشگ شده زان نفس سوسن آزادپر در شده از این دهن لاله نعمان
Ondan nəfəsi tər süsənin mişk ilə doldu,Lalə ağız açdıqca, dolub dürr ilə bundan.
مقری شده قمری و مذکر شده بلبلاین قصه همی خواند و آن آیت قرآن
Qumru oxuyur, bülbül ötür nəğmə dəmadəm,O, qissə deyil, bu oxuyur ayeyi-Quran.
پر در و عقیق است همه کوه و بساتینپر عنبر و مشگ است همه دشت و بیابان
Dağlar, dərələr, dürr ilə, yaqutla dolubdur.Mişk-ənbər qərq oldu bütün tarla, biyaban.
گلزار چو میخواره قدح دارد در دستبلبل چو مغنی ز برش ساخته دستان
Gülzar tutub əldə qədəh, sanki içər mey,Bülbülsə müğənni tək ötər şövq ilə dastan.
پیرایه بستان بخزان بود بدینارپیراهن کهسار همی بود ز کتان
Səhra bəzəyi ağca idi sanki xəzanda,Dağlar isə tutmuşdu bir ağ örtü kətandan.
آن ابر همی بارد چون دیده عاشقوان برق همی تابد چون چهره جانان
Aşiq gözü tək indi bulud yaş tökər hər dəm,Şimşək, necə cananın üzü, parlayır hər an.
آن قبله خلخ بدو زلفین و بدو رخیاقوت لب و سیم ِتن و سیب زنخدان
Xəllux gözəlinin qoşadır zülfü, yanağı,Yaqut ləbi, ağ əndamı var, alma-zənəxdan!
از غالیه پیوسته بیک ماه دو زنجیروز مشگ فرو هشته بخورشید دو چوگان
Ənbərdən asıbdır bir aya o, iki zəncir,Bircə günəşə müşkdən atmış iki çovqan.
با رطل و قدح زو بود افروخته مجلسبا تیر و کمان زو بود آراسته میدان
Əldə qədəhi tutsa, verər məclisə zinət,Ox atsa, kaman tutsa, dönər cənnətə meydan.
گوئی که ز یاقوت همی تابد پروینچون باز کند دو لب و بنماید دندان
Pərvin saçar nurunu yaqut arasından,Açsa ləbini, dişləri görsənsə o canan.
ای صورت تو خوبتر از صورت یوسفوی سیرت تو پاکتر از سیرت سلمان
Ey surəti hüsnüylə edən Yusifi batil!Ey sidqi önündə itirən şənini Səlman!
فرخنده چو تأییدی و پاینده چو اسلامبایسته چو توحیدی و شایسته چو ایمان
Həqq kimi mübarək olan, islam kimi ölməz,Tovhid kimi vacib olan, iyman kimi şayan!
رضوان که خلاف تو کند گردد مالکمالک که هوای تو کند گردد رضوان
Rizvan sənə zidd olsa, dönüb Malik olar, bil!Malik səni sevməklə olar cənnətə Rizvan!
گر بود بفرمان سلیمان پیمبردام و دد و دیو و پری و آدم و شیطان
Div, cin və pəri, vəhşilər, insan və şəyatin,Fərmanına tabedi, nə əmr etsə Süleyman!
پنهان ز تواند آنان از بیم و بیایندگر امر کنی هشته سر اندر خط فرمان
Qorxundan əgər indi qaçıb gizlənib onlar,Qul tək baş əyərlər sənə, ver onlara fərman!
از گنج تو چندان برود زر بیکی روزکان را نتوان یافت بصد عمر ز صد کان
Bir gündə sənin payladığın altunu, şahım!Mədəndən ala bilməz, ömür qoysa da insan!
کین تو مغیلان کند از برگ بنفشهمهر تو بنفشه کند از خار مغیلان
Çiynində bənövşə ləçəyindən tikan olmuş,Mehrinlə bənövşə yaranar odlu tikandan.
هر چند بگیلان همه شب باران باردهر چند نبینند بمصر اندر باران
Məlumdu bu ki, Misrə yağış qətrəsi düşməz,Olmaz elə bir gün ki, yağışsız qala Gilan.
گر ابر سخای تو سوی مصر برآیدور آتش قهر تو بتابد سوی گیلان
Meyl etsə səxavət buludun Misrə kərəmlə,Gilana qəzəb atəşini bir kərə saçsan –
یک روز بده سال بگیلان نشود نموز مصر بخیزد همه روزه خود سیلان
On illər ilə Gilana bir qətrə də düşməz,Verməz ara günlərlə, yağar Misirdə leysan.
ای کشته محنت را چون عیسی مریموی زنده عاصی را چون موسی عمران
Ey qəmdən ölənlərçin olan İsiyi-Məryəm!Həqq yoldan azanlarçın olan Musiyi-İmran!
داده است ترا هرچه همی خواستی ایزدفرزند ترا با تو بقا باد فراوان
Vermiş sənə Tanrı, nəyi ki arzulamışsan,Oğluna bərabər olasan ömrü firavan!
Kitabxana.az · https://kitabxana.az/en/works/qatran-qeside-152
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Sonsuz bir nəğməsən, sən zaman-zamanGah bəmdə ötürsən, gah zildə, dəniz.
YamandıHeç kimsə düşməsin yar sevdasına,Kimsə dözməz belə dərdə, yamandı.
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.