Sonsuz bir nəğməsən, sən zaman-zamanGah bəmdə ötürsən, gah zildə, dəniz.Səni dinləyirəm, qəlbim nigaranDurmuşam bayaqdan sahildə, dəniz.

Səsindəki ahəng, o titrəyişlərŞirin bir xəyaltək aparmış məni.Sənət sehrlidir, yaxşı demişlər,Nəğmən sahilimdən qoparmış məni.

Baş alıb getmişəm mən ümman-ümman,Dalğalar olubdur yelkənim mənim.Oxu, o füsunkar səsinə qurban,Yadıma düşübdür vətənim mənim.

Oxu, ləpələri çal ud yerinə,Hər simdə gah ağla, gah gül, ey dəniz!Bürünüb səhərin şəfəqlərinəKövrəlmiş sinəmə tökül, ey dəniz.

Oxu Qara dəniz, qayna, köpür, sən,Susma, qoy xəyalım köç etsin mənim.Məni nəğmələrlə saxla, ötür sən,Yadıma düşübdür vətənim mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring