Narahat dünya
Narahatdır insanlığın ürəyi,Pozulubdur rahatlığı dünyanın.Günəş içmək istər gülü, çiçəyi,Çəməni, bağçası, bağı dünyanın.
Haqq yolunda bənzəsək biz selə də,Qovuşsaq da neçə aya, ilə də,Sağalmayıb, sağalmayıb hələ dəSinəsində çarpaz dağı dünyanın.
Sülh düşməyir bircə an da dilimdən,Bu tufanlar silinməyib yolundan.Haray çəkir nadanların əlindən,Haray çəkir solu, sağı dünyanın.
Balası var neçə-neçə biçimdə,Arzuları gül açmasın neçin də.
Rəvamıdır bircə anın içində,Dağılsın sütünü, tağı dünyanın.
Çatsın səsim milyon qıza, oğula,Hökmü verək işıq saçan ağıla.Gəlin, gəlin qoymayaq biz dağılaÖmrünün bu gözəl çağı dünyanın.
Narahatdır insanlığın ürəyi,Pozulubdur rahatlığı dünyanın.Günəş içmək istər gülü, çiçəyi,Çəməni, bağçası, bağı dünyanın.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-narahat-dunya
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə də gül açdı cığırlar, yollar,Başlandı söhbəti, sözü dağların.
Qəlbim o günləri unudan deyilMənə sevgimizdən bir həzin nəğmə,Bir də tənha söyüd yadigar qaldı.
Xəzərə axşam düşürQaş qaralır, günəşin qürubuna az qalır,Sahil kimsəsizləşir, qumlar, üstə iz qalır.
Bulaqlar başladı öz nağılınıBahar yenə gəldi köksündə atəş,Bulaqlar başladı öz nağılını.
Poems by other poets · Nature and spring
Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?Gülzari-çəmən sövti-həzarı nə gərəkdir?
Verdim o gün ki, zülfi-pərişanə könlümüVerdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
کنون دانم که با مردم بدل میلست گردون راکه بر تخت شهی بنشاند شاهنشاه فضلون را
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,