Xəzərə axşam düşür
Qaş qaralır, günəşin qürubuna az qalır,Sahil kimsəsizləşir, qumlar, üstə iz qalır.Bir mənim xəyallarım, bir də göy dəniz qalır.Xəzərə axşam düşür.
Ləpələr uşaq kimi qovurlar bir-birini,Yuyurlar neçə-neçə ayaq ləpirlərini.Dalğalar öz dilində yenə səsləyir məni.Xəzərə axşam düşür.
Günəş hörüklərini yığır suların üstdən,Dəniz coşub, daşmaqda yenə düşmür həvəsdən.Bir mahnı eşidirəm, kimsə oxuyur pəsdən,Xəzərə axşam düşür.
Dalğaların qoynundan yenə ay çıxır üzə,Ulduzlar qucaq-qucaq səpilir göy dənizə.Sular dindikcə, qəlbim qanadlanır bu səsə,Xəzərə axşam düşür.
Saçlarımı oxşayır axşam küləyi mənim,Könlümdə bir dənizdir şeir, nəğmə aləmim.Üzür qırçın sularda fərəhlə xəyal gəmimXəzərə axşam düşür.
Duzlu dodaqlarıyla dəniz bir laylay çalır,Bu layla dənizdənmi, könlümdənmi ucalır?Mən gedirəm, sahildə ayaq izlərim qalır.Xəzərə axşam düşür.Xəzərə axşam düşür.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-xezere-axsam-dusur
Use ← → keys to move, R for a random poem
More by this author
Şirin xatirələrim təzədən dilə gəldi,Çiçəklər ləçək-ləçək nəğmələrimdə güldü.
Qızlar gəlin köçürlərQızlar bir-bir uçurlar,Tələsin, oğlanlarım.
Desəm dünya qədər...Desəm dünya qədər sevirəm səni, inanma,Desəm səma qədər sevirəm səni, inanma.
Apar məniBir ömürəm, yazım sənsən,Bir nəğməyəm, sazım sənsən,
Poems by other poets · Nature and spring
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
HasiyəVərdişin təsiri gör nə böyükdür.Hələ də gül, bülbül,
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
Kül yarpağı, o ləli-dirəxşanə oxşamazKül yarpağı, o ləli-dirəxşanə oxşamaz,Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz.