Bağça cənnət bağçası,Gülə bax, gülnən gəzir.Seyrə çıxıb Xan qızı,Qırx incəbelnən gəzir.

Dil-dodağı qənd olub,Zülfləri kəmənd olub.Kəmər belə bənd olub,Yaylığı yelnən gəzir.

Çeşməsi çaya bağlı,Eşqi dəryaya bağlı.Ömür saraya bağlı,Şöhrəti elnən gəzir.

Gözəl gülüm-çiçəyim,Gözəllikdi gərəyim.Üzülübdü ürəyim,Bir incə telnən gəzir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love