عشق تو قضای آسمانی استوصل تو بقای جاودانی است

در سایهٔ زلف تو دل منهمسایهٔ نور آسمانی است

بربود دلم کمند زلفتحقا که مرا بدو گمانی است

پیداست چو آفتاب کان دلدر سایهٔ زلف تو نهانی است

عشق تو به جان خریدم ارچهآتش همه جای رایگانی است

هرچند بر آستان کویتگردون به محل پاسبانی است

دلجوئی کن که نیکوان رادلجوئی رسم باستانی است

خاقانی را به دولت توکار سخنان هزارگانی است

Asimani bir bəladır səndə olan məhəbbət,
Həmişəlik bir həyatdır sənin vüsalın, əlbət.

Şəvə kimi saçlarının sayəsində ürəyim,
Fələklərin nuru ilə qonşu oldu, nəhayət.

Ürəyimi əsir etdi saçlarının kəməndi,
Mən də bunu gözləyirdim saçlarından, həqqiqət.

Bu aşkardır, Günəş kimi işıq saçan qəlbimi,
Qara zülfün sayəsində gizlətmişsən, ey afət!

Hərçənd ki, odu pulsuz verərlər hər məkanda,
Eşqin odu havasına can verirəm mən hər vəxt.

Fələk özü gözətçidir kuyunun astanında,
O qoymaz ki, varlığına dəysin zərər, xəsarət.

Könülləri ələ gətir, könül ələ gətirmək,
Ta qədimdən gözəllərə olmuş ülvi bir adət.

Xaqaninin hər kəlməsi sənin sayəndə, dilbər,
Xəzinəyə bərabərdir, az deyildir bu qiymət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love