Özümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.Mənə münisdir ol vərəqparəm,Görürəm onda başqa bir aləm.

Mən o aləmlə oynaram hər an,Daima xatırımda Kürcüstan.O düşüncəm böyük bir əyləncə,Borjom ən çox səfalıdır mənçə.

O yerin hər daşında bir dünya,Ayrı ay, ayrı ulduz, ayrı səma.Bürümüş şəhəri yamyaşıl ormanDərələr səhnə, şaxələr rəqsan.

O yaşıl, nəğməzar gülşəndə,Oxuyur min tüyür pür xəndə.Öylə bir dilruba göyərmiş çam,Çəkib hər şaxəsin birər rəssam.

Quşlar azadə, yox dəmir məhbəs,Dinlənir hər məsirədən bir səs.Musiqi məclisindəyəm kuya,Məni əyləndirirdi ol dünya.

Uçar azadə ormanın pərisi,Hər quşun öz yanında sevgilisi.Hər çam altında eşqdən söhbət,Daima bir müvəqqəti ülfət.Hər çiçək öz təbii halında,Hər kəs öz eşqinin xəyalında...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 min
XLIII. Qısqanclıq

Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:

3 min
XLIV. Bakıya doğru

Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.

2 min
XLV

Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

1 min

Poems by other poets · Love