Duman bir iş görə bilmir,Mən görürəm ulduzumu,Dumanlar, sislər içində.Ruhuma yad heç nə yoxdu,Yaşayıram ən işıqlı,Ən doğma kəslər içində.Yamanlıq bata bilmədi,Yaxşılara könül verdim,Yamanlar, pislər içində.Az qalıb dan sökülməyə,Gecə bir şair doğacaq,Müqəddəs hisslər içində.

2003, noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets