Yağlı əppək olub göyə çəkilsən,Mən səni axtarıb göydə tapardım.Rəng olub çəməndə hopsan güllərə,Rəngini yaşılda, göydə tapardım.

Zəvvarın olardım, dərgaha dönsən,Günəşin olardım, sabaha dönsən,Könüllər yandıran bir aha dönsən,Ahını kamanda, neydə tapardım.

Həsrətin atını çox sürsən də sən,Bu dağdan o dağa yüyürsən də sən,Gözümə iy salıb əyirsən də sən,Səni gözümdəki iydə tapardım.

Yaxşı ki, arzumun barını dərdim,Başımdan sovuşub çəkildi dərdim,“Quran” açdırardım, kitab tökərdim,Mən səni “əlif”də, “bey”də tapardım.

Kislovodsk

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring