Gənc şairin gəlişi
Bu gəlişdə gəncliyimi görürdüm,Nura dönüb, ziyalanıb gəlirdi.Su içmişdi palıdların kökündən,Seldən-sudan mayalanıb gəlirdi.
Xatırladım əvvəlimi, ilimi,Dili mənim danışdığım dil kimi.Arzuları açılırdı gül kimi,Çiçək kimi həyalanıb gəlirdi.
Qara saçı küləklərdən daraqlı,Qaynar qəlbi həqiqətdən çıraqlı.Kökü yerdə, səsi göydən soraqlı,Zirvələnib, qayalanıb gəlirdi.
Sinə gərib qar-borana, dumana,Güvənirdi köksündəki imana.Damla idi, çevrilmişdi ümmana,Zərrə idi, dünyalanıb gəlirdi.
Yandırdığı Səməndərin tüküydü,Götürdüyü ozanların yüküydü.Ruhu Dədə, kökü Qorqud köküydü,Qədəmləri ziyalanıb gəlirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-genc-sairin-gelisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Ey könül, dünya evində istəmə abadlıqEy könül, dünya evində istəmə abadlıqKim, anun bunyadıdur əslində bibünyadlığ.