O, həyatı sevirdi
Kəskin zəka, iti göz,ayıq baş, aydın fikirSiyasət dünyasındasağlam toxumlar əkir.Baxışlarda sual var:“Alimdi, yoxsa rəssam,şairdi, yoxsa memar?Memar ilə danışırkərpiclə daş dilində,Heykəl ilə danışırheykəltəraş dilində,Nəğməni dilləndirirşux nəğməkar dilində,Zirvəylə qar dilində,budaqla bar dilində.Muğamlara baş vururgörəndə xanəndəni,Allah belə yaradırçox sevdiyi bəndəni”.Açılardı dilindəelmin dərin qatları,Göylərə baş vurardıfikrinin qanadları.Torpaqla danışardısarı sünbül dilində,Çəmənlə danışardıçiçəklə gül dilində,İnsanla danışardısevən könül dilində,Allahı — qurmaq eşqi,Tanrısı — zəhmət idi,Təpədən-dırnağadəksevgi, məhəbbət idi.
Yaratdıqca hər anı,hər saatı sevirdi,Həyat onu sevirdi,o, həyatı sevirdi.
Tanrı ona verəndəodlu nəfəs də verdi,Sarayları titrədəngur, məğrur səs də verdi.Qanadlanan bir ilham,coşan həvəs də verdi,Qılıncdan kəskin olanən iti söz də verdi,Yüz il, min il sonranıgörməyə göz də verdi.Baxışına qəzəbdənçaxan şimşək də verdi,Dünyanı dünya boydaduyan ürək də verdi,Həyatın yaddaşındansilinməz iz də verdi,Qatlanmaz bir bilək də,bükülməz diz də verdi.Xırda fikirlərə yad,Böyük işlərə ustad,ulu niyyət də verdi.Oddan-sudan qorxmayanbir qətiyyət də verdi.“Yaratl” dedi,“Yaz/” dedi,“Ucaltl” dedi,“Qurl” dedi,Hər işinə İlahiürəkdən “Uğurl” dedi.
Susmaq, durmaq, dayanmaqvarlığına yad oldu,Ən müqəddəs duyğularona qol-qanad oldu.Bir yurdu-yuvanı yox,Bir ovuc havanı yox,Yeri, göyü, varlığı,kainatı sevirdi,Həyat onu sevirdi,o, həyatı sevirdi.
Bir ömürdə bu insangörün nələr yaratdı,Həqiqətə sığmayanəfsanələr yaratdı,Bulaq çəkdi, “İçi” — dedi,körpü saldı, “Keçl” — dedi,qanad verdi, “Uçl” — dedi.“Mən çəkdiyim bulaqdaniçməyi bacarmasan,Mən saldığım körpüdənkeçməyi bacarmasan,Mən verdiyim qanadlauçmağı bacarmasan,Daha məndən incimə,,özündədi suç”, — dedi.Tanrı kimi tapındımənalı ömürlərə,Mənasız keçən ömrə“yalan” dedi, “puç” — dedi.Ağac əkdi, “barınışirin-şirin dər”, — dedi,Şəhər saldı, “bu işdəgücünü göstər”, — dedi.Sinəsi sipər oldu,kirpiyi çəpər oldu,Qanında qeyrət, hünər,canında təpər oldu.Yer üzündə şöhrətio qədər yüksəldi ki,Göy üzündə mələkləralnından öpər oldu.Torpağın qucağındaqurmağı, yaratmağı,Göylərdə yeddi rəngi,yeddi qatı sevirdi,Həyat onu sevirdi,o, həyatı sevirdi.
Bir dahi doğulubgəldi dünyaya
Naxçıvanda doğuldu23-ün mayında,Güllü bahar fəslininən işıqlı ayında.Anası İzzət xanım,atası ƏlirzaŞükürlər oxudularonlara oğul verənTanrıya, İlahiyə,bu bahara, bu yaza.Ata-ana ad qoyubadına Heydər dedi,“Bu həyatın barınıdərdikcə hey dərl” — dedi.O, boy atıb böyüdügündə bir darı boyda,Ona layla çalanınxoş arzuları boyda.
Hər anla, hər saatla,hər fəsillə böyüdü,Damar-damar bərkidi,pillə-pillə böyüdü.Bir gün əskik olmadılaylası, oxşaması,Atanın yeridiyiyerişlə, tərpənişlə,Ananın danışdığışirin dillə böyüdü.Gəzirdi cığırları,dolaşırdı yolları,Göyləri qucmaq üçünqartal qanadı kimiaçılırdı qolları.Hər nəyə baxırdısa,dönüb yenə baxırdı,Uşaq marağı ilətəkrar-təkrar baxırdı,dönə-dönə baxırdı.Oda, közə, kömürə,daşa, tunca, dəmirə,Daş üstündə çiçəyə,qaya üstə mamıra,Dağa, düzə, dərəyə,göz oxşayan, qəlb açanHər cürə mənzərəyəhey baxdıqca baxırdı,Bulaqlar qayadan yox,ürəyindən axırdı.Ana onu bir dəfədoğub verdi dünyaya,O, hər gün bir nəğmədən,bir səsdən doğulurdu,Tükənməz bir maraqdan,həvəsdən doğulurdu.Dar komadan, daş evdən,məbəddən, məqbərədən,Sıldırımdan, keçiddən,aşırımdan, bərədən,Məsciddən, minarədən,Haqqın ona verdiyiİlahi bir vergidən,eyhamdan, işarədən,Yoldan, cığırdan, izdən,Atabəy Eldəgizdən,Mömünə xatın adlıtürbənin naxışından,Günəşin işığından,buludun yağışından,Çəmənlərin dumduruşehindən doğulurdu.Kimdi Məhəmməd Cahan,kimdi Memar Əcəmi,Bu yurdun memarından,şahından doğulurdu.Mirzə Cəlil yanğısıonun uşaq qəlbinigöynədib-sızladanda,Dünyanın acısını,şirinini dadanda,Ölülərin dərdinidirilər çəkməyəndəBu xalqın fəryadından,ahından doğulurdu.Naxçıvan torpağınınşəhdindən, şirəsindən,Qayaların ağzındançıxan od kürəsindən,Qədim tikililərinbağından-bağatından,Şəhər səliqəsindən,köhnə kənd həyatından,Günlü güneylərindən,qarlı quzeylərindən,Allahın yaratdığıqaya muzeylərindən,Ürəyə işıq salanGünəşdən doğulurdu,Şimşəkdən, ildırımdan,atəşdən doğulurdu.Kim deyə bilərdi ki,bugünkü körpə uşaqsabahkı bir dahidi,Biz kimik hökm verək,Hökmü verən-çıxardanTanrıdı, İlahidil
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-o-heyati-sevirdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.