Ürəyim incələr yağış yağanda,Yadıma doğmalar, əzizlər gələr.Nədənsə gecələr yağış yağandaYuxuma dəryalar, dənizlər gələr.

Gecə yağış yağar -min səs, min səda,Tikanlı nəğmələr dinləyər gecə.İynələr sancılan,iynələr batanZənci bədənitək inləyər gecə.

Gecə yağış yağar -qəmlə köklənənBir şair qəlbini əzizləməkçin.Gecə yağış yağar -gündüz çirklənənGünahkar dünyanı təmizləməkçin.

Səma sahibkarı kövrələr yenə,Açar sandıqları, dəfinələri.Gecə yağış yağar -yağar şerimə,Yuyar hecaları, qafiyələri.

Gözlərim yorulub yorğun ay kimi,Söndürüb işığıyatacağam mən.İndi otağımı kəlağay kimiGecənin çiyninə atacağam mən.İndi otağıma dolacaq gecə,Gecəni yanımda qalacaq gecə,Səhər açılanda mənim evimdənQupquru çıxacaqbir otaq gecə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring