Ürəyim həmişə əyində gəzənNimdaş paltar kimi süzülüb tamam.Bu axşamulduzlu göylərdən kəsib,Sökülən qəlbimi yamayacağam.

Qəlbim böyüyəcək azadlıq kimi,Sönmüş ümidləri səsləyəcəyəm.Ayı da bir gümüş manatlıq kimiGöydən cibxərcliyi istəyəcəyəm.

Mənimçün bəzənib vitrinlər axı:– Bunu istəyirəm...Yox, bundan çəkin!..Sonra uzadaram ay manatlığı,Bu ay manatlığı kim xırdalar, kim?!

Səhər radiolar verər səs-səsə,Qəzetlər danışar -(nə gop, nə hiylə):"Dünyada qəribə bir adam gəzir,Öz ay manatıyla,səma cibiylə".

Sonra əzizləyər yuxular məni,Heç kəsyuxularda dəyməz kefimə.Təkcə kosmonavtlar qorxudar məni,Birdən kosmonovtlar girər cibimə.

…Ürəyim həmişə əyində gəzənNimdaş paltar kimi süzülüb tamam.Bu axşamulduzlu göylərdən kəsib,Sökülən qəlbimi yamayacağam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets