Dəmirqızla Daryaş söylənci
Duzdağ elin toplumları yürüşdə,
Yer dəyişmə yaranışda yasadır.
Dəmirqızdır gedir Tunqa yardıma,
Yer dəyişmə yaranışda yasadır.
Daryaş gəlib Əkbitəni tutmuşdu,
Tunqu alıb dustaqlıqa qatmışdı,
Yeyib, içib ağır-ağır yatmışdı,
Yer dəyişmə yaranışda yasadır.
Oyatdılar Daryaş şahı yuxudan,
O az qaldı dəli olsun qorxudan,
Gördü toplum dağılıbdır arxadan,
Yer dəyişmə yaranışda yasadır.
Dəmirqızın gözlənilməz yürüşü,
Dustaqlıqda Tunqər ilə görüşü,
Gördü gediş bir gün içrə dəyişib,
Yer dəyişmə yaranışda yasadır.
Dəmirqızın qabağına çıxdı o,
Onun qanlı gözlərinə baxdı o,
Suya dönüb sanki yerə axdı o,
Yer dəyişmə yaranışda yasadır.
Dedi: – Bacı, gəldim görüm Turparı,
Gördüm Tunqər onu dibdən qoparıb,
Verib onu Alpis - tanrı aparıb,
Yer dəyişmə yaranışda yasadır.
Özü girib dustaqlıqa bilmədən,
Bu yerlərə Daryaş hələ gəlmədən,
Yaraqlılar ağılanıb ölmədən,
Yer dəyişmə yaranışda yasadır.
Ana dedi: – Kəs səsini, yalançı,
Ölkələri vuruşduran talançı,
Öz yurduna, öz oğluna yabançı,
Yer dəyişmə yaranışda yasadır.
Səni Alpis aldadaraq tovlayıb,
Acgözlüyü bolluq üstə qovlayıb,
«Ölkə», «şahlıq» sözlərilə ovlayıb,
Yer dəyişmə yaranışda yasadır.
Dəmirqızın üzü göm-göy göyərdi,
Qılıncını öz qınından siyirdi,
Vurdu üç yol, üç yol Daryaş bəyirdi,
Yer dəyişmə yaranışda yasadır.
Daryaş aşdı, at yalından tutdu o,
Toplumunu qabağına qatdı o,
Iki günə Parsdiyara çatdı o,
Yer dəyişmə yaranışda yasadır.
Dedi: – Qalsın bu iş, Alpis sağ olsun,
Gəlsin yenə üzümüzə ağ olsun,
Ortalıqda ara təki sıx olsun,
Mindiyarda aclıq, qıtlıq çox olsun,
Yer dəyişmə yaranışda yasadır.
Bolluq oldu toy-düyünlər çox oldu,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Şimşək çaxsa, yağış yağsa, ot olsa,
Göydə bulud gülsə, neçə qat olsa,
İnəklərdə bala olsa, süd olsa,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Gördün sənə doğru gəlir bir işıq,
İşıq ilə Şimşəkat da qarışıq,
Gördün yerlər, göylər tapıb yaraşıq,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Axşam üstü ay baxarsa üzünə,
Gözlərini qırpma, zillə gözünə,
Gördün taxıl qalxıb atın dizinə.
Sürü, naxır yatıb Qobu düzünə,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Onda, qardaş, at bir yana yarağı,
Götür beli, ot biçəni, orağı,
Ol neçə gün tarlaların qonağı,
Biç buğdanı, şumla yenə torpağı,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Deyinməyi, bəzənməyi, unut sən,
At ağzına gedə gedə qovurt sən,
Dəyirmantək çiy buğdanı üyürt sən,
Tərini sil, çöl içini soyud sən,
Axşam evə yorğun, əzgin qayıt sən,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Turq gəlmişdi Mindiyara bu gecə,
Tunqər ilə görüşmüşdü gizlicə,
Aralıqda neçə düyün, düyünçə,
Bil ki, böyük Mindiyara Turq gəlib.
Turq söylədi: – Daryaş Alpis qovuşdu,
Öldürməkdən utandırmaq yaxşıdır.
Biz onları qandırsaq ölərlər,
Öldürməkdən utandırmaq yaxşıdır.
Yoxsa birməz döyüş, vuruş, qonaqlıq,
Döyüşəcək min il öclə qorxaqlıq,
Hamı dönüb olub daha yaraqlı,
Öldürməkdən utandırmaq yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-demirqizla-daryas-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Tunqər şahlıq kürkü geydi əyninə,Şahdan da çox minminbaşı güclüdür.
Quraqlıq söylənciQanlı gədik vuruşları bitmişdi,Sınıq, qırıq, çapıq qalır vuruşdan.
Tanrıyla görüş söylənciÜz tutmuşdu tanrılara Odərpay,Qıtlıq olur çəkişəndə tanrılar.
Sakras üzləşməsi söylənciTunqər, Daryaş üzləşdilər Sakrasda,Gözləmirdi bu döyüşü tanrılar.
Poems by other poets
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Dolores İbarruriMən səni heç görmədim,Eşitmədim səsini.