(İndi onun otuz beş yaşı tamam olmalıydı)

Yerlərdə, göylərdə sevinc duyuldu,Mənim atam adlı bir oğlum oldu.

Nə böyük hikmətsənYer üzərində,Ömrümə yeni bir səhifə açdın.Zamanın al-əlvan çəmənlərindəSanki kəpənəkdin parladın, uçdun.

Sənə həsrətlidircığır da, iz də,Zərli qanadlarla bir də gələydin.Kəpənək uçarmı mavi dənizdə?Dalğalar üstdə də gözümə dəydin.

Harasa uçurdumQışın qarında,Elə ki, təyyarə buludu yardı,Sandım ki, təyyarə qanadlarındaBir zərli kəpənək qanad çalırdı.

Bu gün də sızlayırDərdi dünənin,O dərd mənimlədir son nəfəsdə də.Kəpənək dediyim ruhundur səninUçur yerdə, göydə, başımın üstdə.

İllər necə gəlibkeçdi qatarla,Çağırdım, köksümdə susdu harayım.Baxıram şəklinə mən saatlarla,özündən doymadım, şəklindən doyum?

Gözlər kədərlidir, gözlər qapqara,Baxışlar söz açır sirli mənadan.Dərdə, əzablara, haqsızlıqlaraNə qəmli baxırsan sən haqq dünyadan.

Haçan gələcəyəmyanına sənin?Tənha ağlayıram mən için-için.Çox vaxt and içirəm canına sənin,Sən ki, yaşayırsan yenə mənimçin.

İllərdir yetiməmOğul, burda, mən,Sən ana yanında yetim deyilsən.Həsrətəm bir səsdən,soraqdan ötrü,O gedər-gəlməzdən nələr gözləyək?Mən də yetimliyi atmaqdan ötrüSənin görüşünə tələsim, gərək.

Səsini duyuramyellər əsəndə,Səsinlə isinir duyğularım da.Sən ki dörd yaşında vaxtsız getsən də,Otuz beş yaşlısan yuxularımda.

Gəlirsən yuxuma —ürəyi dolu.Deməyə nə sözlər seçmisən, bala?Gəlirsən yuxuma boylu-buxunlu,Boyda atanı da keçmisən, bala.

Dərdimi bilmirsənOğul, məyər sən?Atan da dünyada günləri sayır.Cənnətdən gəlirsənBaxıb görəsən,Atan cəhənnəmdə necə yaşayır?Ağır yollar keçdim...Nə ömürdü bu?Günlər ulduz kimi sayrışan oldu.Gəldi iki qardaş —Ələkbər, Arzu,Xanıma, Gülüşə yaraşan oldu.

Necə mübarəkdiQədəmləriniz,Bu gəliş yandırıb-yaxdı düşməni.Körpə budaqdınız bir çinarda siz,Budaq şaxələndi, yaşatdı səni.Sənin məsumluğunSənə sipərdir,Almısan qoynuna Günəşi, Ayı,Kəhkəşan belində qızıl kəmərdir,Ağ atla süzürsən kainat boyu.A bala, atını ehmalca sür sən,Mən səni görmurəm, sən ki görürsən!İki otuz beşiAdladı atan,Fəqət səninlədir yenə aləmdə.Bu gün yer üzündə coşsa da tufan,Bir zərli kəpənək uçur dövrəmdə.

Mart 1995

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets