Şər qarışanda
Dağlar dönər kölgələrə,Qatı zülmət sərə-sərə,Qərib axşam çökər yerəEl demiş — şər qarışanda.
Bulud gedər, şimşək çaxar,Ay da durub qəmli baxar.Yağış kimi ulduz yağarGöylərlə yer qarışanda.
Arzu solar,xəyal olar,Əl çatmayan vüsal olar,Məhəbbətlər sual olarSevgiyə sir qarışanda.
Doğma Xəzər coşub daşar,Dənizdə də həsrət yaşar.İki sahil qucaqlaşarArazla Kür qarışanda.
Mən nə deyim əsrə, vaxta,Özü məhrəm, sözü saxta,Şeytanlar da çıxar taxtaXeyirlə şər qarışanda.
Nəbi, öymə sərtliyini,Mərd göstərər mərdliyini.Zər itirməz zərliyiniTorpaqla zər qarışanda.
26 fevral 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-ser-qarisanda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
BəsdiCana gəldim bu hicrandan, hicrətdən,Nəhayət, son həddə çatmışam, Bəsdi.
ŞirinmişBunu yaxşı bilir arif olanlar,Qürbətdə yar sevmək nə şirin imiş.
Yoxdu, yoxAğa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.