Ömrünüz işıqlı olsun,işığımızı söndürənlər!

Gecədir...Göylərmi qarğıyıb yeri?Zülmətə qərq olubşəhər, ev-eşik...Ya orta əsrlərQayıdıb geri,Orta əsrlərəYa biz getmişik?

Şikayət eləyənMin günah elər,Şair, dur gecəninOğlan çağında,Çıraq işığındaYazıb dahilər,Sən niyə yazmırsanŞam işığında?

Beləcə dövr edirBugünki dövran,Bu əsrin gözlənməzHəqiqətidir!Hamıya qismətmiŞami — qəriban?Seçmə adamlarınBu qismətidir!

Çıraq əl çatmayanƏsrdə qalır,O bir də qayıtmaz — sirli aləmdir!Nə qədər istəsənŞam ki, tapılır,Bəlkə şam işığıDaha məhrəmdir?Salma ürəyinəBu dərdi şair,Bayırda şaxtadır...Evdə soyuqdur...Əsl şeri yazanKədərdir, şair,Şam var...Pərvanəsi hayıf ki, yoxdur.

Sabah günəş eləucalacaq ki...Günəşdən qəlbindəOcaq qalarsan!Sətəlcəm olmusan?Nə olacaq ki,Allah pul yetirər,Dərman alarsan!

Bəlkə Odlar yurduİşıqdan doyub?Ümidli, ümidsizBir axşamım var.Mənim gözləriminyaşı quruyubNurlu yaş axıdanBir ağ şamım var.

5 fevral 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets