İllər karvanım
Gedir aram-aramöz qatarıyla,Gah susur, gah dinirgah uçur illər.Hardasa zınqrovsədalarıyla,Cahan karvanınaQovuşur illər.Gedir ləngər iləO asta-asta,Ardınca nə qədərnanəcib gedir.Yanır göy qurşağıKarvanın üstdə,Zərrin tac altındanO keçib gedir.Gedir, hardan, haçan,Yollara çıxıb,Mavi üfüqlərəmehriban olur.Yerdə dərin-dərinaçılan cığır,— Göylər sinəsindəKəhkəşan olur.Gedir, doğulduğumO, uzaq gündən,Yolda çinar dururcərgələnərək.İstidə karvanınƏsir üstündən,Xəzərin ətrinigətirən külək.Gedir, öz yolundanDönən deyil o,Üfüqdə nur yanırNur sönür bəzən.Onun qarşısındaQum təpəsi yox,Dəmir barmaqlıqlarGörünür bəzən.Gedir, tufan qopubyellər əssə də,Durmayıb dünyadagedəcək yenə.Karvan sarbanınıitirərsə də,O məndən sonra dagedəcək yenə!
2 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-iller-karvanim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.
SahildəQağayılar yaylıq kimiYelləndikcə göy dənizdə,
Aya zəmindiKamil ovçu durub ov bərəsində,Qorxuram ovlaqdan ay azam indi.
İnsan qüdrətiDeyirlər hər nə varsa – səma da, ay da, gün dəYaranıb ki, sınasın insan iradəsini.