Sahildə
Qağayılar yaylıq kimiYelləndikcə göy dənizdə,Arzulara qanad açırÜrək bizim sinəmizdə.
Durna təki qatarlaşıb,Sahil boyu dincəlirik.Sanki həyat dənizindənDalğa-dalğa yol gəlirik.Sular kimi təmizlənib,Duruluruq gilə-gilə,Arada bir ləpə vurur,Xərçəng düşür bu sahilə...
Əlində bir tranzistor,Gözlərində qara eynək,Bədənində tarım durubZolaq-zolaq uzun köynək.Öz tayını tapıb deyir:“Gəl mırt vuraq, gəl deyinək,Sən gileyli, mən narazıBu həyatdan, bu dövrandan.Zəhmət çəkib beş yol azıKəsilmişik imtahandan.Bu restoran, o çayxana,Bulvar geniş, hava təmiz,Borcludur ki, ata-anaPul qazansın, xərcləyək biz.Nə bikef ol, nə utancaq,Canın kefdə çıxsın təki.Ağ əllərin badə tutub,Qız əlləri sıxsın təki”.Uyub tvist havasına,Dil-dil ötür gecə yarı.Nigarandır ata-ana:Harda qalıb oğulları?Günahkardır, bir vaxt onuÖzü salıb bu kəməndə.Gərək bunu soruşaydıƏl toğlusu bəsləyəndə.Soruşaydı, soruşmadı,Cəzasını yüzqat çəkir.Ata-ana pozanlarınƏzabını həyat çəkir.Mən çəkirəm, sən çəkirsən,Üsyan edir vicdan səsi.Bu kimlərin qalığıdır,Bu haranın törəməsi?Yerişindən yer titrəyir,Gör necə də havalıdır.Elə bil ki, kürəyinəPərçim olan at yalıdır.Yaman zəhmət çəkib yazıq,Saç uzadıb səhər-axşam,Gendən onu gah keşişə,Gah da qıza oxşatmışam.Demişəm ki, öz əslindənƏcdadından utan barı!Cavab verib tanımırsanBizim ulu babaları.Heç olmasa muzeyə get,Əcdadının şəklinə bax.Sərkərdələr saç uzadıb,Saqqal qoyub min il qabaq.Mən onların sələfiyəm,El dəbindən hara qaçım?Yad damğası vurma mənə,Qərb modası deyil saçım.
Babaya bax, nəvəyə bax! –Nə gülüncdür bənzəyişin.Babaların qeyrətiniBir yada sal, yaxşı düşün,Sən onların saçını yox,Dühasını, hikmətiniÖz başında yaşat, bala,Bu quyruqlu yalanlarlaAz babana daş at, bala.
Bu niyyətlə ali savadAlmağın da çox nahaqdır.Məqsədimiz ali insan,Ali vicdan yaratmaqdır.Saçlarının arasındaYad ölkənin dalğası var.El çörəyi yeyə-yeyəBeynində caz havası var.Ayıl, ayrıl o aləmdən!Bir də qayıt bu həyata.Ata-ana kölgəsindəXumarlanıb yata-yata,Gözlərinlə işıq alıbNurlu Bakı gecəsindən,Xəyalında az keç, bala,Paris, London küçəsindən.Babaların el yolundaSaçlarından asılmışdır, –Bilirsənmi?Sən yük olub asılmısan,Bu həyatın yaxasından.Babaların sinəsinəOdlu körük basılmışdır, –Bilirsənmi?Sən canını qoruyursanHalal zəhmət havasından,Bəlkə, şümşad əlləriniMuzey üçün saxlayırsan?Yox çıxmasaq hövsələdənÇürüyəcək o baş, bədən,Yerin zavod, yerin mədən,Yerin insan cərgəsidir.Bu, tək şair sözü deyil,El hökmüdür, el səsidir.Bax səndən də yaraşıqlıBoy-buxunlu cavanlara.Əllərində o qabara,O sərtliyə, qüdrətə bax.Səadətdir o əlləriEhtiramla tutub sıxmaq.Bir qulaq as dodaqlarınNəğməsinə, gülüşünə.Bir fikir ver o fəhləninCavan qızla görüşünə;Nə bir süni ədası var,Nə yalandan can deməsi.Qəlbi kimi tərtəmizdirTufanları yoran səsi.Bir gözəlin baxışındanSehirlənib o, lal olur.Halal zəhmət çəkənlərinSevgisi də halal olur.Axşamüstü işdən evəYorğun gələn bir övladınQabağına çay gətirən,Xörək düzən qoca qadınYer üzündə ən bəxtəvər,Ən mənalı bir insandır.Cavan oğlan bu işığıÜrəyində sən də yandır.Nəğmə kimi şirin olarÖmür sənə, həyat sənə.Kaman səsi yad səslərdənDoğma gələr yüz qat sənə.Bu gəzdiyin bulvarın daGül-çiçəyi gözəlləşər.Bizim kimi qismətinəSəadətdən bir pay düşər.Vətən ona xor baxanıSürüyəcək üzü üstə. –El qədrini bilənləriEl saxlayar gözü üstə.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-sahilde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
اگر بهشت شنیدی بِساطِ دوشین بود
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər