Pərişan
Gecə… Mən vurğunamGöylər sirrinə.Ulduzlar göz vururBiri-birinə,Ulduzlar pərişan,Gözlər pərişan.
Gecə. Ay nəğməsiSakit, mənalı,Ay özü göylərinBəyaz bir xalı,Şəfəqlər pərişan,Səslər pərişan.
Gecə zühur edirGözəl mələklərTellər parıldayanZər kəpənəklər,Tellər pərişandır,Üzlər pərişan.
Gecə. XatırladımSevdiyim yarı,Yazdım asta-astaMən misraları,Misralar pərişan,Sözlər pərişan.
Səhər… Çıxdı GünəşŞəfəqlər axdıDemə, pərişanlıqCahanda yoxdurÜrək pərişandır,Hisslər pərişan.2 avqust 2004
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-perisan
Use ← → keys to move, R for a random poem