Qorxuyla hökm edənÖzü də qorxar,Qorxar — başı üstdəİldırım çaxar.

Cəsarət qorxusu— Acı tufandır.Qorxu cəsarətiDaha yamandır!

Ən böyük dəhşətdirBilmirmi cahan?Xalq başçıdan qorxsun,Başçı da xalqdan?

Artıq itirmişdir— Xalqın nəyi var?Başçının vəzifəİtirməyi var!

Cəsarət qorxusuDərdə dözəndir,Qorxu cəsarətiBaşlar üzəndir.

Nə qədər qatil varBekar gəzişir.Adam öldürməyəƏli gicişir.

Cəsarət qorxusuTufana dönsün,Qorxu cəsarətiGünəş tək sönsün!16 aprel 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets